Azərbaycanın türk inteqrasiya layihələrində marağı

Azərbaycanın türk inteqrasiya layihələrində marağı

Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı maraqlarına üç aspektdə baxmaq lazımdır. 

Birincisi, simvolik və ideoloji. Azərbaycanın müstəqillik əldə etməsi milli özünüdərkin yüksəlişi, türk köklərinə qayıdış və başqa ölkələrdən olan qardaşlarla qovuşmaq istəyi dalğası ilə üst-üstə düşmüşdü. Buna görə də əvvəlcə “TÜRKSOY”, daha sonra Türk Şurası Bakı üçün qlobal dünya nizamında özünü tanıtmaq, həm dövlət ideologiyasını və legitimliyini möhkəmləndirmək, həm də yumşaq gücünü xaricdə proyeksiya etdirmək baxımından hər zaman vacib olub.

İkinci aspekt siyasi-stratejidir. Azərbaycan həm coğrafi, həm də tarixi-mədəni baxımdan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında orta mövqe tutur və özünü türk dünyası daxilində körpü kimi qəbul edir. Avropa ilə Asiya arasında müxtəlif nəqliyyat yollarının kəsişməsi də bu mövqenin daha bir elementidir. Qarabağ münaqişəsinin Bakının xarici siyasət strategiyasında uzun müddət bir nömrəli məsələ olması da çox mühümdür. 1994-cü ildəki məğlubiyyətdən sonra Azərbaycan müxtəlif təşkilat və platformalardan istifadə edərək beynəlxalq statusunu və rolunu gücləndirməyə başladı. Özünü müsəlman, dünyəvi, Avropa, Türk, Şərq və postsovet ölkəsi kimi özünü təqdim edən Azərbaycan tamamilə fərqli “kompaniya”larda və inteqrasiya layihələrində özünü evdəki kimi hiss edə bilir. İçlərində Ermənistan kimi KTMT üzvü olan iki türk dövlətinin qeyd-şərtsiz dəstəyi Bakının mövqeyi üçün çox vacibdir.

Üçüncüsü, türk ölkələri Azərbaycan üçün iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Bir tərəfdən, Türkiyə daim əsas ticarət və investisiya tərəfdaşlarından biridir. Digər tərəfdən, məhz Mərkəzi Asiyanın türk ölkələri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və indi Türkmənistan da iqtisadi sinergiya yaratmaq potensialına malikdirlər ki, bu da beynəlxalq  nəqliyyat layihələrinin və Azərbaycanın milyardlarla dollar vəsait xərcləmiş olduğu infrastruktur obyektlərinin (Ələt liman və azad iqtisadi zonası, Bakı-Tbilisi-Qars dəmir yolu) inkişafına ciddi təkan verə bilər. Ümumtürk platformasının yaradılması vasitəsilə Mərkəzi Asya dövlətləri ilə iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycanın öz regional əhəmiyyətini artırması və bundan dividendlər əldə etməsi baxımından ən perspektivli yoldur.