Fridrix Ebert Fondunun nümayəndə heyəti Topçubaşov Mərkəzini ziyarət edib

Fridrix Ebert Fondunun nümayəndə heyəti Topçubaşov Mərkəzini ziyarət edib

24 sentyabr 2026-cı ildə Almaniyanın Fridrix Ebert Fondunun (FES) nümayəndə heyəti Topçubaşov Mərkəzini ziyarət edib və Mərkəzin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov tərəfindən qəbul olunub.

Nümayəndə heyətinin tərkibində FES-in Cənubi Qafqaz üzrə direktoru Marsel Rötiq, FES-in Yaxın Şərq üzrə direktoru Markus Şnayder, FES-in Cənubi Qafqaz üzrə siyasi məsləhətçisi Salome Alaniya, FES-in Yaxın Şərq üzrə proqram meneceri Hanna Vos və "Orient Matters GmbH"-nin icraçı direktoru Dr. Deyvid Cəlilvənd yer alıblar.

Görüş zamanı tərəflər İran və Yaxın Şərqdə davam edən münaqişə fonunda Cənubi Qafqazda baş verən prosesləri müzakirə ediblər.