Arzu Eyyubova
Təcrübəçi
Arzu Eyyubova Topçubaşov Mərkəzində tədqiqat üzrə təcrübəçi kimi fəaliyyət göstərən gənc tədqiqatçıdır. O, hazırda Bordo Monten Universitetində İctimai və Siyasi Kommunikasiya üzrə magistr təhsili alır. O, bundan əvvəl İstanbul Universitetinin Fransız-Türk dilləri üzrə Tərcüməçilik ixtisasını bitirmişdir. Arzu xanım 2025-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Tələbə Səfiri (Student Ambassador) kimi fəaliyyət göstərmişdir. Onun tədqiqat təcrübəsinə İstanbul Sülh Araşdırmaları Mərkəzində (IPRC) sülh və münaqişə araşdırmaları üzrə Tədqiqat qrupunun üzvü olaraq çalışmaq daxildir. O, hazırda Avropa Gənclər Parlamenti (EYP) Azərbaycanın İctimaiyyətlə Əlaqələr departamentinin üzvüdür. Her beynəlxalq təcrübəsinə Bakıda keçirilən COP29 sammitinin Qonaqpərvərlik və Yerləşdirmə departamentində könüllü olmaq fəaliyyəti də əlavə olunub. Bunlarla yanaşı, o, Yustus Libix adına Qissen Universitetinin Siyasi Elm üzrə Virtual Beynəlxalq Proqramında təhsilini davam etdirir. Onun akademik və tədqiqat maraqları diplomatik kommunikasiya, sülh və münaqişə araşdırmaları, sülh quruculuğu, rəqəmsal müdafiə və dezinformasiyanın izlənilməsinə yönəlmiş geosiyasi böhranların təhlilini əhatə edir.