Emiliya İsmayılzadə
Təcrübəçi
Emiliya İsmayılzadə Topçubaşov Mərkəzində tədqiqat üzrə təcrübəçi kimi fəaliyyət göstərən gənc tədqiqatçıdır. O, "University College London"-da Təhlükəsizlik Araşdırmaları üzrə magistr dərəcəsi, "American University in Dubai"-də isə Beynəlxalq Münasibətlər üzrə bakalavr dərəcəsi almışdır. O, University College London universitetini "Global Peace Summit" tədbirində təmsil etmiş və Sülh Səfiri adına layiq görülmüşdür. Onun akademik və tədqiqat maraqları Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Körfəz ölkələrinin xarici siyasəti, sülh quruculuğu, eləcə də Yaxın Şərq və Şimali Afrika regionunda regional əməkdaşlıq məsələlərini əhatə edir.