Dr. Gökhan Çınkara Necmettin Erbakan Universitetində köməkçi professor, həmin universitetin Qlobal və Regional Tədqiqatlar Mərkəzinin (NEU SAM) direktoru, eyni zamanda Habertürk kanalında şərhçi və Independent Türkçe nəşrində köşə yazarıdır. O, 2005–2010-cu illərdə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində Siyasi elmlər və dövlət idarəçiliyi ixtisası üzrə bakalavr dərəcəsi almış, 2020-ci ildə isə eyni universitetdə Siyasi elmlər üzrə fəlsəfə doktoru (PhD) dərəcəsini tamamlamışdır. Doktorantura təhsili zamanı o, Yaxın Şərq siyasəti və beynəlxalq münasibətlər sahəsində ixtisaslaşaraq 2016–2017-ci illərdə Qüdsdəki İvrit Universitetinin Truman Mərkəzində, 2017–2018-ci illərdə isə Brandeis Universitetinin Şusterman Mərkəzində qonaq tədqiqatçı kimi fəaliyyət göstərmişdir.

O, akademik fəaliyyətinə 2011–2020-ci illər arasında Ankara Universitetində tədqiqat köməkçisi kimi başlamışdır. 2018–2020-cü illərdə Türkiyə Prezidentliyində analitik kimi çalışmışdır. 2021-ci ildən bəri Necmettin Erbakan Universitetində köməkçi professor olaraq elmi-tədqiqat və tədris fəaliyyətini davam etdirir. Universitetdəki vəzifələrinin yanaşı, o, mediada mütəmadi olaraq siyasi şərhlər verir və Habertürk, Independent Türkçe kimi platformalarda köşə yazıları dərc etdirir. Onun məqalələri həmçinin AGSIW, The Washington Institute, American Conservative və The National Interest kimi beynəlxalq nəşrlərdə dərc olunub.

Dr. Çınkaranın tədqiqat sahələri əsasən Yaxın Şərq regionuna yönəlib və xüsusilə İsrail/Fələstin, Ərəb Körfəzi ölkələri, “Müsəlman Qardaşları” hərəkatı, Sələfilik və siyasi islamın daha geniş şəbəkələri üzrə ixtisaslaşır.

Copyright © Top-center.org